Sunday, December 25, 2016

Biraz Qotik


Hər tərzə öz stilimdən bir şeylər qatıb kombinləməyi sevirəm.Bu kombində də bir az qotik tərz oldum.Hər şey şəkildə gördüyünüz chokerlə başladı.Chokeri sadə ağ köynəklə kombinləmək istəmədim.Bu aralar məndə çox görəcəyiniz sweatshirtlə kombinlədim.Sweatshirt çox böyük görünməsinin səbəbi kişi bölməsindən olmasıdır.Bəli mən də kişi bölməsindən də paltar alanlardanam;).Təbii ki üzərəndi vintage yazısının olması mənim olması demək idi:))))Kombindəki digər parçaları da ona uyğun olaraq qara və bardovu tonlarında uyğunlaşdırdım.Siz necə məndə bu tərzi bəyəndinizmi?

 








































  • Çhoker-Desfira_handmade
  • Sweatshirt-New Yorker
  • Ətək-New Look
  • Ayaqqabı-Stradivarius



Thursday, December 22, 2016

Soyuq havalarda açıq tonlar


Axırı ki dərslərdən və soyuq havalardan vaxt tapıb çəkiliş edə bildim.Hava günəşli olanda kombinimdəki rənglərə də yansıyır istər istəməz.Havaların günəşli olmasından istifadə edib açıq tonlarda kombin etmək istədim.Kombinlədiyim sweatshirt'ün rənginə görür-görməz vuruldum.Ağlıma tam da bu tonlarda choker ilə kombin etmək gəldi. Pudra rəng seçim etdiyim zaman makyajda da bu tonları istifadə etməyə üstünlük verirəm.Kombinin üzərinə yenə açıq rəng palto seçimi etmək istədim.Krem rəng oversize palto ilə ağ idman ayaqqabı uyumu çox xoşuma gəlir.Sonda da kombini boyfriend şalvar ilə tamamladım.Bir sonraki kombinlərdə görüşmək üzərə.Ümid edirəm bu dəfə aranı çox açmayacam.Buyurun keçək şəkillərə:)))) 











































  • Palto-Promod
  • Sweatshirt-Bershka
  • Şalvar-Koton
  • Çanta-Zara
  • Ayaqqabı-OVS
  • Choker-Desfira_handmade



Monday, November 28, 2016

Bretka papaq

Qış fəslində bretka papaq mənim olmazsa olmazımdı.Bretka papaqları en çox ətəklərlə kombinləməyi sevirəm.Damalı ətəyim corablarım və loafer ayaqqabılarımla sanki bir az məktəbliyə bənzədim.Kombində qış rənglərindən istifadə etməyə çalışdım.Mənim qışda ən sevdiyim rəng olan bardovu tonlarını ön planada tutdum.Bir sonrakı kombində görüşəndədək;)Buyurun baxın.;D




























Papaq-sviter-28 may
Ətək-H/M
Ayaqqabı-Lc Waikiki
Çanta-Əhmədli

Klassik bir 90'lar kombini etdim.Qırmızı qara zolaqli pencəyə basqa bir reng elave etmek istemedim,öz rengləriylə birlikdə kombinlədim...