Sunday, September 18, 2016

Yayın son kombini


Hamıya Salam.Yay fəslinin son kombinini paylaşacam.Bu kombini axşam üstü bir restorana və ya nişan,ad günü kimi günlərə gedəndə rahatlıqla  geyinmək olar.Mən kombində bir parçayı sevirəmsə çalışıram ümumi görüntüyə baxıldığı zaman  birinci o parça gözə çarpsın.Bu kombində də o parça ətək oldu.Bu çiçəkli ətəyi bədənə oturan qara sadə kofta və yenə qara balaca çanta ilə kombinlədim.Ayaqqabılar çox gözə dəyməsin deyə rənglərini krem seçdim.Sadə makyaj və klassik saçımlada kombinimi tamamladım.





















  • Kofta-Terranova
  • Ətək-Koton
  • Çanta-Mango
  • Ayaqqabı-28 may





Etnik naxışlı don

Bu yay ipli koftalar, donlar favorim oldu.Bu donda ən bəyəndiyim yeri, parçası oldu.Etnik parçaları çox sevirəm.Don boş olduğundan bir kəmərə ehtiyac duydum.Seçdiyim gladiator sandallar da  etnik naxışlar ilə çox yaraşdırıram.Ve papaq…=))).Papaqlardan vazgeçə bilmirəm kombinə qatdığı havanı sevirəm.Donun parçası qarışıq olduğundan, kəmər və ayaqqabı da olduğu kimi çanta və eynəkdə də qəhvəyi tonlarında seçim etmək istədim. .Oxduğunuz üçün təşəkkürlər başqa postlarda görüşmək üzərə:))













  1. Don-New look
  2. Kəmər-New Yorker
  3. Papaq-Pink
  4. Ayaqabı-New Yorker















Breakfast look

Bugunki seher yemeyi üçün nezerde tutduğum kombinimi sizinlə paylaşıram.Anamın tikdiyi şortik ilə pencəyi bir yerdə kombin etmək istədim.Sumka ilə aksessuarı eyni rəngdə seçdim.Bu  rəngi doğurdanda çox sevirəm.Ayaqqabını hem rahat hem də hündür olmasını istədim.Deyəsən qalın topuq ayaqqabı favorimdi.Hündür ayaqqabı geyinmək istəyəndə çox vaxt qalın topuq olur seçimim.Sonda həm rahat həm də modern bir tərz yarandı.Oxuduğunuz üçün təşəkkürlər.Buyurun baxın:))))












  • Köynək-Koton
  • Çanta-New look
  • Ayaqqabı-Sahil t/m
  • Aksessuar-Koton




Fötr papaqlar

Qışda olduğu kimi yayda da çox sevirəm fötr papaqları.Bu ay kombinlərim də çox görəcəksiniz bu papaqları.Fötr papaqları sevmə səbəbim hər kombinlə uyğunlaşmaları və sadə bir kombini fərqli etmləridir.Bir az Bakı küləyində çətin olur amma olsun oda;)))Bu il romantik,güpur, saçaq detallı köynəklər çox dəbdədirlər.Bu tip köynəkləri jeans şalvarlar yupkalar ilə kombin etməyi çox sevirəm.Bu jeans yupkanın isə qeyri adiliyi çox xoşuma gəldi.Ayaqqabı və çanta da fəqrli rəngləri seçdim.Çanta balaca olduğundan rəngli olmağı abartı durmadı.Ayaqqabıda isə yenə də rahatliqdan yana seçim etdim.Buyrun baxın:))













  • Papaq,Köynək,Yupka-Əhmədli
  • Çanta,Ayaqqabı-New look

Klassik bir 90'lar kombini etdim.Qırmızı qara zolaqli pencəyə basqa bir reng elave etmek istemedim,öz rengləriylə birlikdə kombinlədim...