Thursday, March 30, 2017

Sessi's birthday

Hamıya salam.Bu gün  sizinlə əzizim Sevincin ad günündən olan kombinimi paylaşıram.Kombində yaz rəngləri olsun istədim.Keçən kombinimdə gördüyünüz trapez qolu bu kombində də görürsünüz.Bu ilin ən dəbdə olan parçası məxməri 1-ci dəfədi istifadə edirəm.Bundan sonra 1-2 postumda daha da gözəl şəkildə göstərməyə çalişacam.Bilirəm bəziləriniz görməkdən artıq bezmisiniz.Amma çalışacam tam fərqli şəkildə göstərim sizlərə.Corablara isə son anda qərar verdim.Şansıma tam istədiyim kimi corabları pentidə tapdım.Məncə corablarla kombin tam tamamlandı.Bu qeder:)Fikir bildirməyi unutmayın.Hələlik;))))























    • Kofta-Əhmədli Saloon outlet
    • Çanta-Zara
    • Corab-Penti


Monday, March 27, 2017

Xardal sarısı və vintage ətək

Uşaqlıq vaxtı geyindiyimiz qolları trapez koftaların yenidən dəbə qayıdmasına çox sevindim.Məncə çox şirin bir görüntü yaradır.Bu il yenə çox dəbdə olan rənglərdən xardal sarısını əvvəllər sevməsəm də hər tərəflərdə çox gördüyümdənmidir bilməm amma artıq favori rənglərim arasına girib.Xüsusi ilə  sarını tünd göy,boz rənglərlə çox yaraşdırıam.Kombindəki ətək isə yenə Anamın gəncliyində geyindiyi ətəkdir.Bu tip vintage parçaları ayrı bir həvəslə kombin edirəm.Onların məndəki yeri ayrıdır.Ümid edirəm ki, kombinimi bəyəndiniz.Aşağıya fikir bildirməyi unutmayın.Hələlik;)))))





















Kofta-Binə t/m
Kəmər-Terranova
Ayaqqabı-H&M
Çanta-Bershka
Papaq-28 may t/m

Bu gözəl şəkillər üçün @iamnarminjafarzadeh ve @ikooosafarov-a təşəkkür edirəm ;D

Saturday, March 18, 2017

Hamıya salam.Bu kombin instagramdan sizə tanışdır.Postunu paylaşacağımı demişdim.Don haqqında onu deyə bilrəm ki üzərindəki kəmər dona aid deyil.Don özü daha bol model idi.Mən bir az donu daraltdırdım.Kombinin ən çox sual gələn parçası isə ayaqqabı oldu.Ayaqqabıları zaradan bir öncəki sezon almışam.Amma bu tip ayaqqabılar bir neçə sezondur dəbdə olduqları üçün bir çox mağazada bir çox rəngdə görmək mümkündür.Gələn kombinlərdə görüşənədək.Aşağıda fikir bildirməyi unutmayın.Aranı çox açmamağa çalışacam hələlik :D



























  • Don-OVS
  • Kəmər-New Yorker
  • Ayaqqabı-Zara
  • Çanta-Binə t/m


Klassik bir 90'lar kombini etdim.Qırmızı qara zolaqli pencəyə basqa bir reng elave etmek istemedim,öz rengləriylə birlikdə kombinlədim...