Salam qızlar axır ki, bu postu paylaşa bildim. Sonuncu postumun üzərindən 1 ay keçir təxminən. Tətilin verdiyi tənbəlliyi üzərimdən atmaq qərarına gəlib, postu paylaşım dedim. Bu il çox gördüyümüz damalı parçaları blogumda da çoxca görəcəksiniz. Hətta üst-üstə bir neçə dəfə görə bilərsiniz.Özüm də sonradan fikir verdim ki, bu yay daha çox belə damalı parçalara üstünlük vermişəm. Söhbəti uzatmayaq keçək kombinə. Məncə yay aylarında ən rahat paltarlar tək parça olanlardır. Hələ bir də tulumdursa. Bu tuluma həsir papaq ve çantanı çox yaraşdırdım. Bu gözəl həsir çantanı instagramda bafta_terzi səhifəsindən almışam.Səhifədə başqa maraqlı çantalar da var. Son olaraq da pudra oxfordlarımla kombini tamamladım.Qırmızı ve pudra rəngi bir yerdə çox sevirəm. Siz necə bəyəndinizmi bu kombinimi?
Həsir papaq-LC Waikiki
Çanta-bafta_terzi
Ayaqqabı-Trendyol