Tuesday, February 21, 2017

Tünd rənglər

Bu dəfə ciddi bir kombinlə qarşınızdayam.Bu qədər tünd rəngləri bir yerdə məndə çox az görmək olur.Daha çox rəngli geyinməyi sevirəm.Bu tip ciddi paltarlarıda bəyənirəm amma məni olduğumdan böyük göstərdiyidə bir gərçək:/Gördüyünüz paltonun koja yaxalarını sonradan düzəltdirdim.Bu əslində çoxdan aldığım düz palto idi və geyinmirdim.Nə etsəm nə etsəm dedim ağlıma belə bir şey gəldi.Palto tamam dəyişdi.Sizdə geyinmədiyiniz paltarlar üzərində bu tip dəyişikliklər etməkdən çəkinməyin.Qardirobda eləcə durmağından yaxşıdır;) Kombinə isə qayıtsaq başqa rəngli bir şey qatmaq istəmədim sadecə detal olaraq böyük qızılı sırqaları seçdim.
 






Bu ayaqqabı bəzilərinizə tanış gələ bilər.Sonunda kombin edə bildim.Bu ayaqqabı mənim internetdən verdiyim 2-ci zakaz idi.Risk edə bilmirdim.Trendyoldan zakaz verdim hardasa 1 həftəyə gəldi.Çox rahat ayaqqabılardı.Çox bəyəndim.Bu ayaqqabıyla başqa kombinlərdə paylaşacam.Siz necə yaraşdırdınızmı mənə belə tünd rəngləri?Aşağıda şərhlərinizi gözləyəcəm.Başqa kombinlərdə görüşənədək;)))








Sırğa-28 may
Çanta,şalvar-B/t.m
Ayaqqabı-Trendyol Soho


Klassik bir 90'lar kombini etdim.Qırmızı qara zolaqli pencəyə basqa bir reng elave etmek istemedim,öz rengləriylə birlikdə kombinlədim...