Saturday, July 29, 2017

  
Salam qızlar axır ki, bu postu paylaşa bildim. Sonuncu postumun üzərindən 1 ay keçir təxminən. Tətilin verdiyi tənbəlliyi üzərimdən atmaq qərarına gəlib, postu paylaşım dedim. Bu il çox gördüyümüz damalı parçaları blogumda da çoxca görəcəksiniz. Hətta üst-üstə bir neçə dəfə görə bilərsiniz.Özüm də sonradan fikir verdim ki, bu yay daha çox belə damalı  parçalara üstünlük vermişəm. Söhbəti uzatmayaq keçək kombinə. Məncə yay aylarında ən rahat  paltarlar tək parça olanlardır. Hələ bir də tulumdursa. Bu tuluma həsir papaq ve çantanı çox yaraşdırdım. Bu gözəl həsir çantanı instagramda bafta_terzi səhifəsindən almışam.Səhifədə başqa maraqlı çantalar da var. Son olaraq da pudra oxfordlarımla kombini tamamladım.Qırmızı ve pudra rəngi bir yerdə çox sevirəm. Siz necə bəyəndinizmi bu kombinimi?












































Tulum-Saloon Outlet
Həsir papaq-LC Waikiki
Çanta-bafta_terzi
Ayaqqabı-Trendyol


No comments:

Post a Comment

Klassik bir 90'lar kombini etdim.Qırmızı qara zolaqli pencəyə basqa bir reng elave etmek istemedim,öz rengləriylə birlikdə kombinlədim...