Sunday, September 18, 2016

Qırmızı dodaq boyası ilə günlük kombinlər

Qırmızı dodaq boyası özü tək başına bir makyajdır deyə bilərik.Adətən ziyafət geyimləri üçün nəzərdə tutulan kombinlərdə üstünlük verilir bu rəng dodaq boyasına.Mən isə sizə bu postumda qırmızı dodaq boyasını günlük həyatımızda necə istifadə edə bilərik onun haqqda danışacam.İlk öncə üz makyajımız qusursuz qapadılmalıdır.Çünki seçdiyimiz rəng çox cəlbedici olduğu üçün bizdən qüsursuz bir üz istəyir.Əks halda nəticə yaxsı olmaya bilər.Keçək kombinlərə.

Ağ-qara və qırmızı  hamımız bilirk əslində ama yenədə paylaşmaq istədim.Bu üç rəng o qədər bir birin tamamlıyırki əlavə bir rəngə ehtiyyac duyulmur artıq.Biz bu seçimi edərək həm qadınsı həmdə maskülən bir görünüş əldə edirik.


Cızıqlı köynəklərlə qırmızı dodaq boyası gənc,abartıdan uzaq,günlük istifadəyə uyğun bir görüntü verir bizə.Altına jeansler,yüksək bel yupkalar,krem rəng klassik şalvarlar kimi seçimlərədə üstünlük verə bilərsiniz.



Ağ rəng hər rənglə uyğunlaşdığı kimi qırmızı dodaq boyası ilədə qüsursuz görüntü yaradır.Qızılı tonlarda akssesuarlardan istifadə edərək kombininizi daha da zənginləşdirə bilərsiniz.Bu rənglər bir-biri ilə çox uyumludur.


Çiçəklərlə kombinlər mənim kimi retro havanı seçənlərə əla seçimdir.70-ci illər havasını verən çiçəklər istər boyük  istərsədə kiçik bu il çox dəbdədirlər.

Sonda isə  jeanslər .Jeans parçalarla qırmızı dodaq boyası daha çox spor kombinləri sevənlər üçündür.Bu dodaq boyasını jeanslərlə kombinləsəniz daha cool bir görüntü əldə edə bilərsiniz.








No comments:

Post a Comment

Klassik bir 90'lar kombini etdim.Qırmızı qara zolaqli pencəyə basqa bir reng elave etmek istemedim,öz rengləriylə birlikdə kombinlədim...