Sunday, September 18, 2016

Sizlərə son illərin çox istifadə edilən trendlərindən olan ton sür ton haqqında danışacam .Fransız sözü olub,mənası ton üzərində ton deməkdir.İlk növbədə istdəyiniz bir rəngi seçməlisiniz.Sonra kombində o rəngin açıq və ya tünd tonlarından istifadə edərək ton sür ton edirik.Əgər kombin edərkən bədəninizdə bəyənmədiyiniz yerləriniz varsa o hissələrə tünd, beyendiyiniz yerləri ortaya çıxarmaq üçün isə açıq rənglərdən yana seçim edin.Naxışlı parçalar ilə də ton sür ton etmək olar.Yenə, naxışlardan gözə çarpan bir rəng seçib, aksessuarlarda həmin rəngin tonlarından istifadə edə bilərsiz.Əgər boyunuz balacadırsa bir rəng geyinib tonlaşdırarkən seçimi aksessuarlardan  yana etməyiniz sizin boyunuzu olduğundan daha da uzun göstərməyinizə kömək edər.Bu trenddən düzgün istifadə edərək modern, dəbli bir görünüş yarada bilərsiniz.Oxuduğunuz üçün təşəkkürlər.








No comments:

Post a Comment

Klassik bir 90'lar kombini etdim.Qırmızı qara zolaqli pencəyə basqa bir reng elave etmek istemedim,öz rengləriylə birlikdə kombinlədim...